İran yeni prezidentini seçdi

İran yeni prezidentini seçdi
İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb.
 
Sfera.az bildirir ki,  artıq seçkilərdə qalibin adı məlum olub. Rəsmi olmayan nəticələrə görə,  mühafizəkar namizəd İbrahim Rəisi seçkilərdə qalib gəlib. 

Qeyd edək ki, 60 yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Rəisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Rəisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR