Logo

Azər Türk Bank kreditlər üzrə endirim kampaniyasını davam etdirir

Azər Türk Bank kreditlər üzrə endirim kampaniyasını davam etdirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət bankı Azər Türk Bank müştərilərin arzusunu nəzərə alaraq, "Qış Kampaniyası”

adlanan endirim kampaniyasının 29 fevral tarixinədək davam etdirilməsi barədə qərar

qəbul etmişdir.

Kampaniya müddətində "İstehlak” kreditlərinin illik faiz dərəcəsinə 4%-dək endirim tətbiq

edilir. Endirimdən sonra kreditlərin illik faiz dərəcəsi 16%-dən başlamaqla, maksimum

müddəti 48 ay müəyyən edilmişdir.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq,

kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000

manat səviyyəsinədək artırılmasına qərar vermişdir.

Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun

həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq

müştəriyə geri qaytarır (cashback).

Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ

səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən

əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR