Logo

“AtaBank” ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışladı

“AtaBank” ASC növbəti dəfə hərbçimizin kredit borcunu bağışladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"AtaBank” ASC 26-cı il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel

döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

Fərzəlizadə Ruslan Zahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün

qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam

ərazisində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq

iştirak etmiş və bu zaman sol gözündən və əlindən yaralanmışdır.

Hərbçimiz AtaBank-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin

müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc

İbrahimov ilə görüşüb. Görüş zamanı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin

müavini K.Orucəliyev bildirmişdir: "Torpaqlarımız uğrunda döyüşən, vətən

keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət

mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələxsus iri şirkətlər və bank

kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə

hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq

vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb

bacardığımız yardımı əsirgəməməliyik.”

Xatırladaq ki, "AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı

Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış

hərbçimizin kredit borcunu bağışlayıb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik,

qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin

müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini

təqdim edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR