Logo

Bank Respublika və Banklar Assosasiyası “Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir

Bank Respublika və Banklar Assosasiyası “Nağdsız cəmiyyətə doğru” mövzusunda müsabiqə elan edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bank Respublika və Azərbaycan Banklar Assosasiyası (ABA) tələbələr arasında ”Nağdsız cəmiyyətə doğru”

mövzusunda "Ən yaxşı məqalə” və "Ən yaxşı video çarx” olmaqla 2 nominasiya üzrə müsabiqə elan edir.

Müsabiqənin keçirilməsində məqsəd - əhalinin nağdsız ödənişlər haqqında məlumatlılığını artırılmaq, bu

sahədə beynəlxalq təcrübənin araşdırılması və stimullaşdırma yollarının öyrənilməsindən ibarətdir.

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

 Nağdsız cəmiyyətin formalaşmasının üstün cəhətləri;

 Nağdsız cəmiyyətin formalaşmasında əsas amillər hansılardır;

 Nağdsız ödənişlərin təşviqinə yönəlmiş kampaniyalar;

 Nağdsız ödənişlərin nağd ödənişlərə nisbətdə təhlükəsizliyi;

 Nağdsız ödənişlərin iqtisadi əhəmiyyəti

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25.10.2019-cu il tarixinədək öz işlərini

[email protected] ünvanına göndərə bilərlər.

Yazı və videolar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər 6-7 noyabr tarixlərində

Bakı şəhərində keçiriləcək "Nağdsız iqtisadiyyat: Dayanıqlı bankçılığa doğru” adlı 4-cü beynəlxalq bankçılıq

forumunda pul mükafatı və diplomlarla mükafatlandırılacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng

edərək əldə edə bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR