Logo

Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq

Pensiyalarla bağlı mühüm açıqlama – Artım belə olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Pensiyaların artım faizi əsasən 2026-cı ilin yekunları üzrə orta aylıq nominal əməkhaqqının artım tempindən asılı olur”.

Sfera.az bildirir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

O bildirib ki, digər sosial ödənişlərin artırılması məsələsində inflyasiya səviyyəsi, dövlət büdcəsinin imkanları və sosial müdafiə xərclərinin həcmi nəzərə alınır:

“Yeni sosial paket çərçivəsində pensiyalarla yanaşı, əlilliyi olan şəxslərin, şəhid ailələrinin, müharibə iştirakçılarının və digər sosial müdafiəyə ehtiyacı olan kateqoriyalara aid ödənişlərin artırılması gündəmə gələ bilər. Bununla belə, yeni paketin hansı sosial ödənişləri əhatə edəcəyi və artımın konkret məbləği hələ açıqlanmayıb. Bu barədə yekun qərarın iqtisadi göstəricilər və 2027-ci ilin büdcə imkanları nəzərə alınmaqla qəbul edilməsi gözlənilir. Xüsusilə əmək pensiyalarının indeksləşdirilməsi qanunvericiliyə uyğun olaraq orta aylıq nominal əməkhaqqının illik artım tempi əsasında həyata keçirilir və bu baxımdan yekun əməkhaqqı göstəriciləri 2027-ci ildə pensiyaların artım faizinin müəyyənləşməsində mühüm rol oynayacaq”.

İqtisadçı fikrincə, geniş sosial paketin qiymətləndirilməsi zamanı artımların əhalinin real gəlirlərinə və alıcılıq qabiliyyətinə təsiri diqqətə alınmalıdır:

“Çünki burada əsas məqsəd vətəndaşların gəlirlərinin qiymət artımları qarşısında qorunması, sosial rifahın yüksəldilməsi və həssas əhali qruplarının müdafiəsinin gücləndirilməsidir. Eyni zamanda düşünürəm ki, sosial ödənişlərin artırılması iqtisadi imkanlarla uzlaşdırılmalı və iqtisadiyyatın uzunmüddətli maliyyə dayanıqlılığı qorunmalıdır. Bu, həm sosial siyasətin effektivliyinin, həm də dövlət büdcəsinin dayanıqlılığının təmin edilməsi baxımından mühüm şərtlərdən biridir”.

Qeyd edək ki, 2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Bu, yekun rəqəm deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR