Azərbaycanın neft-qaz ixracından gəlirləri kəskin artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 18 milyon 392 min 916.04 ton xam neft ixrac edərək, bundan 12 milyard 161 milyon 967.27 min dollar gəlir əldə edib.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1,3 milyard dollardan yuxarı, yaxud 12 faiz çoxdur. Miqdar baxımından isə neft ixracımızda 2 milyon 361 min 677.02 ton, yaxud 11,4 faiz azalma qeydə alınıb.
Ötən ilin eyni dövründ xam neft ixracımız 20 milyon 754 minm 593.06 ton, ondan əldə olunan gəlir isə 10 milyard 849 milyon 719.29 min dollar təşkil etmişdi.
Bir ildə 1 ton neftin orta ixrac qiyməti 522,8 min dollardan 661,2 min dollara yüksəlib.
Yanvar-oktyabrda Azərbaycan 7 milyard 932 milyon 84.69 min dollar dəyərində 20 milyard 654 milyon 403.43 min kubmetr təbii qaz ixrac edib. Ötən ilin eyni dövründə ixrac 7 milyard 417 milyon 792.98 min dollar dəyərlə 20 milyard 648 milyon 829.71 min kubmetrə bərabər olmuşdu. Göründüyü kimi, təbii qaz ixracımız 5 milyon 573,59 min kubmetr, ondan əldə etdiyimiz gəlir isə 514,3 milyon dollardan çox artıb.
Bir ildə ixrac etdiyimiz qazın min kubmetrinin qiyməti 359,2 dollardan 384 dollara yüksəlib.






