Fond bazarlarında ağır həftə – ABŞ indeksləri xeyli ucuzlaşdı
Dünya fond bazarlarında həftə ərzində kəskin eniş qeydə alınıb. ABŞ-nin əsas fond indeksləri 8–12%-ə yaxın dəyər itirib, Avropa və Asiya-Sakit okean regionunda da satışlar güclənib.
Sfera.az xəbər verir ki, noyabrın 20-də başa çatan ticarət həftəsində ABŞ-ın “Dow Jones” indeksi 8,03%, “S&P 500” indeksi 8,61%, “Nasdaq Composite” indeksi isə 11,89% ucuzlaşıb.
Təkcə noyabrın 20-də “Dow Jones” indeksi 949,73 bənd və ya 1,93% azalaraq 48 147,33 bəndə düşüb. “S&P 500” indeksi 265,44 bənd və ya 3,70% geriləyərək 6 910,39 bəndə, “Nasdaq Composite” indeksi isə 1 261,47 bənd və ya 5,28% azalaraq 22 617,73 bəndə enib.
“NYSE Composite” indeksi 2,08% azalaraq 22 657,82 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 2,47% geriləyərək 33 189,85 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 2,81% azalaraq 5 941,95 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,02% geriləyərək 10 346,34 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 2,60% azalaraq 24 802,78 bənd, Fransanın “CAC 40” indeksi 1,89% geriləyərək 7 927,75 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,63% ucuzlaşaraq 18 873,10 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda da bütün əsas indekslər geriləyib. Yaponiyanın “Nikkei 225” indeksi 3 007,56 bənd və ya 5,06% azalaraq 56 436,65 bəndə, “TOPIX” indeksi isə 3,88% geriləyərək 3 674,22 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 1,89% azalaraq 22 410,80 bəndə, Çinin “CSI 300” indeksi isə 0,76% geriləyərək 3 954,57 bəndə enib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 1,58% azalaraq 8 592,65 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 3,26% geriləyərək 234,57 bəndə düşüb.
Analitiklərin qiymətləndirmələrinə görə, dünya fond bazarlarında kəskin enişə süni intellekt şirkətlərinin yüksək qiymətləndirilməsi və bu sahəyə yatırılan investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar səbəb olub. “Nvidia” səhmlərində kəskin ucuzlaşma, “Anthropic”in birjaya çıxışının investorların gözləntilərini doğrultmaması və FED-in faiz artımı ilə bağlı gözləntilər satışları daha da gücləndirib./APA






