Logo

Pensiyaçılara xoş xəbər – Aprelin 1-dən etibarən…

Pensiyaçılara xoş xəbər – Aprelin 1-dən etibarən…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar.

Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiyi bank hesabına köçürməsi hansı üstünlükləri təmin edəcək?

Sfera.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, yeni qaydalar əsasən işçi əməkhaqqını almaq üçün evinə yaxın olan bankı seçə biləcək:

“Gözlənilir ki, gələcəkdə pensiyaçılar da bank seçimi edə bilsinlər. Bu halda pensiyaçılar da əməkhaqqı alan şəxslər kimi özlərinə yaxın bankı seçə biləcəklər. Bu dəyişiklik bankomatların qarşısındakı növbələrin azalmasına da kömək edəcək”.

İqtisadçı bildirib ki, bu təşəbbüs daha çox bank sektorunda rəqabət mühitinin formalaşdırılmasına xidmət edir:

“Yeni qaydaların 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi gözlənilir. Bu proses bank sektorunda təmərküzləşmənin qarşısını almağa da kömək edə bilər. Hazırda bəzi banklar bazarda daha böyük paya malikdir və bu, digər bankların inkişafı üçün əlverişli şərait yaratmır. Yeni qaydalar isə əməkhaqqı ödənişlərinin müxtəlif banklar arasında bölüşdürülməsinə, nəticədə digər bankların da müştəri bazasını genişləndirməsinə imkan verəcək”.

Ekspert qeyd edib ki, məsələ yalnız əməkhaqqı ödənişləri ilə məhdudlaşmır:

“İnsanlar əməkhaqqı aldıqları banka alışdıqdan sonra həmin bankın digər xidmətlərindən də istifadə etməyə başlayırlar. Bu isə bankların əlavə xidmətlər üzrə müştəri qazanmasına və fəaliyyətlərini genişləndirməsinə şərait yaradır.

İşəgötürənlər üçün isə bu dəyişiklik müəyyən çətinliklər yarada bilər. Çünki şirkətlər indiyədək əsasən bir bankla əməkdaşlıq edir, bütün köçürmələri həmin bank vasitəsilə həyata keçirirdilər. Bəzi hallarda isə bunun müqabilində banklardan müəyyən güzəştlər əldə edirdilər. Yeni qaydalar qüvvəyə mindikdən sonra işəgötürənlərin mühasibatlıq işləri bir qədər mürəkkəbləşəcək, əlavə inzibati yük və xərclər yaranacaq. Bu da istehsalın maya dəyərinin artmasına, məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb ola bilər. Nəticədə beynəlxalq bazarda rəqabət imkanlarına və ixrac potensialına da mənfi təsir göstərməsi mümkündür. Yəni bu məsələnin iki tərəfi var. Dəyişiklik bir tərəfdən bank sektorunda rəqabəti gücləndirəcək, digər yandan isə işəgötürənlər üçün əlavə çətinliklər və xərclər yaradacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR