Logo

Dünya bazarında neft ucuzlaşmaqda davam edir: “Brent” 97 dollardan aşağı düşdü

Dünya bazarında neft ucuzlaşmaqda davam edir: “ Brent” 97 dollardan aşağı düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarında “Brent” markalı neftin qiymətində azalma davam edir. Yalnız ötən həftə ərzində bu markalı neft 16 faiz ucuzlaşaraq koronavirus pandemiyasının başlanğıcından bəri ən kəskin həftəlik enişini qeydə alıb.

Sfera.az xəbər verir ki, noyabrın 9-da keçirilən hərraclarda “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,55 faiz azalaraq bir barel üçün 96,8 dollara düşüb. Gün ərzində qiymət 96,35 dollara qədər geriləyib.

Analitiklərin fikrincə, bazarda qiymətlərin enməsi Yaxın Şərqdə münaqişənin gərginliyinin azalacağına dair gözləntilərlə əlaqəlidir.

SS WealthStreet araşdırma şirkətinin təsisçisi Suqandha Saçdevanın sözlərinə görə, investorlar hazırda Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı nisbətən nikbin ssenarini qiymətləndirirlər.

Bazar iştirakçıları ABŞ Prezidenti Donald Trampın İrana münasibətdə ritorikasının yumşalmasına da diqqət yetirirlər. Tramp daha əvvəl sülh danışıqları davam etdiyi müddətdə İrana yeni raket zərbələrinin endirilməsini az ehtimallı hesab etdiyini bildirib.

KCM Trade şirkətinin baş analitiki Tim Uotererin fikrincə, investorlar ABŞ-də Konqres seçkilərindən sonra Tramp administrasiyasının xarici siyasətində mümkün yumşalmaları gözləyirlər.

Analitiklərin diqqət çəkdiyi əsas məsələlərdən biri də Hörmüz boğazında gəmiçiliyin bərpası ehtimalıdır. Bu marşrutun yenidən normal fəaliyyət göstərməsi qlobal neft təchizatında yarana biləcək çatışmazlıq risklərini azalda bilər.

Beləliklə, Yaxın Şərqdə diplomatik proseslərin gedişi və Hörmüz boğazında vəziyyətin normallaşması ilə bağlı gözləntilər dünya neft bazarında qiymətlərin dəyişməsinə təsir göstərən əsas amillər sırasındadır.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR