Logo

Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ

Azərbaycanda qızılın alış və satış QİYMƏTLƏRİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarında qızılın qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Qızılın bir troya unsiyası təxminən 4 121 dollara düşüb. Son bir həftədə qızılın qiyməti təxminən 0,8% ucuzlaşıb.

Bəs yerli bazarda qiymətlər hansı aralıqdadır?

Sfera.az bildirir ki, paytaxtda fəaliyyət göstərən zərgər Aqil İsmayılov BAKU.WS-ə açıqlamasında bildirib ki, yerli bazarda qızılın lom kimi alış qiyməti ərəb qızılının 22 əyarı üzrə 196,2 manat, 21 əyarı üzrə isə 187,5 manatdır. Türk qızılı 125 manat, rus qızılı 124 manat, italyan qızılı isə 160 manat qiymətinə alınır.

Satış qiymətlərinə gəlincə, 585 əyarlı türk qızılı 159-160 manat, 750 əyarlı italyan qızılı 230-240 manat, ərəb qızılı isə 250-270 manat arasında təklif olunur.

Zərgər qeyd edib ki, qiymətlər qızılın növünə və əyarına uyğun olaraq fərqlənir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR