Banka borcu olanlara MÜHÜM XƏBƏR
“Bank borclarının ödənilməsi zamanı borclunun mülkiyyət hüquqlarının qorunması və məhdudiyyətlərin borcun məbləğinə uyğun tətbiqi vacibdir”.
Sfera.az xəbər verir ki, bu fikirləri deputat Aydın Hüseynov Milli Məclisin iclasında çıxışı zamanı bildirib. Deputat bank sektorunda baş verən proseslərin iqtisadiyyata birbaşa təsir göstərdiyini qeyd edib:
“Borc portfelinin artmasının qarşısını almağın müxtəlif yolları var. Onlardan biri faizlərə düzgün yanaşılmasıdır. Faizlər əsasən inflyasiyanın tempinə uyğunlaşdırılmalıdır. Borcların qiymətli kağızlara yönəldilməsi ilə bağlı dövlət tərəfindən atılan addımlar da bank sektoru və borclu tərəflər üçün əhəmiyyətlidir”.
Deputat qanun layihəsində qiymətli kağızlara həbs qoyulması zamanı digər ödənişlərin dayandırılması məsələsinə də diqqət çəkib:
“Bu halda hansı ödənişlərin nəzərdə tutulduğu dəqiqləşdirilməli, qiymətli kağızlar üzrə dividendlərin və digər gəlirlərin taleyi aydınlaşdırılmalıdır. Həmçinin borcun məbləği ilə qiymətli kağızların dəyəri arasında ciddi fərq olduğu hallarda mülkiyyətçinin hüquqlarının nəzərə alınmasının vacibdir. Əgər bank borcu 10 min manatdırsa, qiymətli kağızın dəyəri isə 50 min manatdırsa, burada mütənasiblik gözlənilməlidir. Borclunun mülkiyyət hüquqlarından borcun ödənilməsi məqsədilə istifadə qaydaları da nəzərə alınmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az






