Deputat: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artıb
Son 5 ildə Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara yüksəlib.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin plenar iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin təsdiq edilməsi” barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafı da diqqət mərkəzindədir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dollar təşkil edib.
Vüqar Bayramov qeyd edib ki, bu göstərici əvvəlki illə müqayisədə 50 faizdən çox artım deməkdir.
Bəsti Rəfizadə
Sfera.az






