"ChatGPT"nin sahibi 70 milyard dollar qazanacaq
"OpenAI" şirkəti korporativ satışların güclü böyüməsi sayəsində il sonuna qədər illik gəlirini 70 milyard dollara çatdırmağı və ya bu səviyyəni aşmağı gözləyir.
Sfera.az xəbər verir ki, şirkətə yaxın mənbələrin verdiyi məlumata görə, "ChatGPT"nin yaradıcısının illik gəlir tempi sentyabrın sonunda təxminən 50 milyard dollar səviyyəsində olub.
"OpenAI" rəhbərliyi bu rəqəmləri yeni investisiya toplamaq üçün danışıqlar apardığı investorlarla paylaşıb.
"OpenAI" və onun əsas rəqibi "Anthropic" kimi şirkətlər illik gəlir templərini sürətli böyümənin əsas göstəricisi kimi təqdim edirlər. Lakin hər şirkət bu rəqəmi eyni üsulla hesablamır. Məsələn, "Anthropic" şirkətinin illik gəlir tempi iyul ayının sonuna olan məlumata görə 65 milyard dollara çatıb. "OpenAI" təhlükəsizlik araşdırmalarına diqqət ayırdığı üçün birjadakı ilkin kütləvi təklif (IPO) planlarını ən azı gələn ilə qədər təxirə salıb. "Anthropic"in isə artıq noyabr ayında birjaya çıxaraq səhm satmağa başlayacağı gözlənilir.
Vasif






