Daha bir sent olmayacaq - Konqress qəbul etdi

Daha bir sent olmayacaq - Konqress qəbul etdi
Kateqoriya məlum deyil
T

ABŞ Konqresi 230 ildən çoxdur buraxılan 1 sentlik metal pulun (penni) istehsalını rəsmən dayandıran qanun layihəsini təsdiqləyib və qərar yekun imza üçün Prezident Donald Trampa təqdim olunub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu addımın atılmasına əsas səbəb xərclərin kəskin artmasıdır.

Çünki hazırda 1 sentin istehsalı öz dəyərindən üç dəfə çox başa gələrək 3,69 sentə çatıb. Metal pulun istehsalının tamamilə dayandırılması sayəsində ABŞ dövlət büdcəsinə hər il təxminən 56 milyon dollar qənaət ediləcəyi gözlənilir.

ABŞ Zərbxanası hələ 2025-ci ilin noyabrında dövriyyə üçün sonuncu 1 sentliyi çap etdiyini açıqlasa da, hazırda insanların əlində olan mövcud qəpiklər keçərli qalacaq və alış-verişlərdə istifadə ediləcək. Bununla belə, yeni dövrdə nağd hesablaşmalar zamanı qiymətlərin 5 sentə qədər yuvarlaqlaşdırılması planlaşdırılır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR