FED yenidən faizləri artıracaq? – İnflyasiya yüksəlir

FED yenidən faizləri artıracaq? – İnflyasiya yüksəlir
Kateqoriya məlum deyil
T

Dünyanın ən böyük investisiya banklarından olan "Goldman Sachs" və "J.P. Morgan", ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözləniləndən daha yüksək gələn inflyasiya göstəricilərindən sonra bu həftə faiz dərəcələrini artıracağını proqnozlaşdırır.

Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, güclü inflyasiya dalğası pul-kredit siyasətinin sərtləşdirilməsi zərurətini daha da gücləndirib.

Son dövrlərdə inflyasiyanın sürətlənməsi əsasən neftin bahalaşması ilə əlaqələndirilir. Yaxın Şərqdə yenidən alovlanan münaqişələr səbəbindən neft qiymətlərinin bir barel üçün 100 dollardan yuxarı qalxması, inflyasiyanın proqnozlaşdırılandan daha yüksək olacağına dair rəy formalaşdırıb.

Bu səbəbdən FED-in 15-16 sentyabr tarixlərində keçiriləcək iclasında faiz dərəcəsinin 25 baza bəndi artırılacağı ehtimal edilir. Qurum inflyasiyanı yenidən hədəflənən 2 faiz səviyyəsinə endirməkdə israrlı görünür.

Hazırda uçot faiz dərəcəsi 3,5% – 3,75% diapazonundadır. FED sonuncu iclasında faiz dərəcələrini dəyişməz saxlasa da, növbəti toplantıda artan inflyasiya təzyiqləri fonunda bu göstəricinin 3,75% – 4% səviyyəsinə qaldırılacağı gözlənilir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR