Xanbulan gölü payız fəslini qarşılayır - FOTOLAR

Xanbulan gölü payız fəslini qarşılayır - FOTOLAR
Kateqoriya məlum deyil
T

Lənkəranın Xanbulan gölü təbii gözəlliyi ilə yanaşı, müxtəlif turizm istiqamətlərinin inkişafı üçün potensialı olan məkanlardan biridir.

Sfera.az xəbər verir ki, Lənkəranda təşkil olunan media tur çərçivəsində jurnalistlər Xanbulan gölü ərazisində olublar.

Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov bildirib ki, Xanbulan gölü və ətraf ərazilər təbiət turizmi baxımından xüsusi imkanlara malikdir. Gölün ətrafındakı meşəliklər və Talış dağlarının mənzərələri turistlərin marağını artıran əsas amillərdəndir. Hazırda Xanbulan ərazisində müxtəlif turizm fəaliyyətləri üçün imkanlar mövcuddur.

İ.Əzimovun sözlərinə görə, Xanbulanla bağlı yalnız mövcud turizm imkanlarının təqdim edilməsi deyil, gələcəkdə yeni istiqamətlərin inkişaf etdirilməsi də nəzərdə tutulur.

O qeyd edib ki, ərazidə balıqçılıq və arıçılıq kimi sahələrin turizmlə əlaqələndirilməsi də imkanlar sırasında qiymətləndirilir. Bu istiqamətlərin inkişaf etdirilməsi həm turistlər üçün yeni təcrübələrin yaradılmasına, həm də yerli təsərrüfatların turizmə cəlb olunmasına şərait yarada bilər.

Regional Turizm İdarəsinin rəisi deyib ki, gələcəkdə Xanbulan ərazisinin turizm potensialından daha geniş istifadə olunması, burada müxtəlif istirahət və ekoturizm imkanlarının artırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Xanbulan gölü ətrafında haykinq, piknik və digər təbiət əsaslı fəaliyyətlər üçün imkanlar mövcuddur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR