Azərbaycanın valyuta ehtiyatları sürətlə artır - Yeni rekord

Azərbaycanın valyuta ehtiyatları sürətlə artır - Yeni rekord
Kateqoriya məlum deyil
T

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi ilk dəfə olaraq 90 milyard dollar həddini keçib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin sentyabrın 1-də valyuta ehtiyatlarının həcmi 90 milyard 770 milyon dollara çatıb.

Bu məbləğ ötən ilin eyni dövründəki məbləğdən 15,7 faiz çoxdur. Bir il əvvəl Azərbaycanın ehtiyatlarının həcmi 78,45 milyard dollar idi.

Qeyd edək ki, bu ehtiyatların 15,3 milyard dolları Mərkəzi Bankın, 75,47 milyard dolları isə Dövlət Neft Fondunun ehtiyatlarından ibarətdir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR