ABŞ-də istehlak kreditləri 5,2 trilyon dollara çatdı

ABŞ-də istehlak kreditləri 5,2 trilyon dollara çatdı
Kateqoriya məlum deyil
T

İyul ayında ABŞ-da istehlak kreditləri bazar gözləntilərini aşaraq 18,1 milyard dollar artarkən, ümumi istehlak kreditlərinin həcmi 5,19 trilyon dollara çatıb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul ayı üçün istehlak kreditləri məlumatlarını açıqlayıb.

Buna görə istehlak kreditləri iyul ayında bir əvvəlki aya görə 18,1 milyard dollar artaraq 5,19 trilyon dollara çatıb.

Bazar gözləntisi istehlak kreditlərinin sözügedən dövrdə 11,9 milyard dollar artacağı idi.

Kredit kartı və bənzəri kreditlər iyul ayında 2,8 milyard dollar artarkən, avtomobil və tələbə kreditləri kimi dövriyyəsiz kreditlərdəki artım 15,3 milyard dollar oldu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR