Dəniz ticarəti təhlükə qarşısındadır: Naviqasiya qaydaları dəyişir

Dəniz ticarəti təhlükə qarşısındadır: Naviqasiya qaydaları dəyişir
Kateqoriya məlum deyil
T

Dünyada müharibələrin və geosiyasi qarşıdurmaların artması beynəlxalq dəniz daşımalarını tənzimləyən ənənəvi qaydaların zəifləməsinə səbəb olur. Bu isə qlobal ticarətin təhlükəsizliyi və sərbəstliyi ilə bağlı ciddi risklər yaradır.

Sfera.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşr dənizçilik sahəsində 18 ölkənin qurumlarını birləşdirən qeyri-formal Consultative Shipping Group (CSG) təşkilatının qiymətləndirmələrinə istinad edib.

CSG-nin rəhbəri, Danimarka Dəniz Administrasiyasının baş direktoru Brian Vesey bildirib ki, onilliklər ərzində qlobal ticarət gəmilərin sərhədləri sərbəst keçə bilməsi prinsipinə əsaslanıb. Lakin hazırda bu prinsip ciddi təzyiq altındadır.

Onun sözlərinə görə, dənizçilik sektoru uzun müddət beynəlxalq hüquq normaları ilə qorunub. Bu qaydalar gəmiçilik azadlığını və kommersiya gəmilərinin münaqişələr zamanı neytrallığını təmin etməyə xidmət edib. Lakin son illərdə baş verən proseslər həmin sistemin dayanıqlılığına təsir göstərir.

CSG hesab edir ki, müharibələrin genişlənməsi və Qərbin nəzarətindən kənarda fəaliyyət göstərən “kölgə donanması”nın böyüməsi beynəlxalq dənizçilik qaydalarının effektivliyini zəiflədir.

CSG xüsusilə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) müəyyən etdiyi standartların zəifləməsindən narahatlığını ifadə edib.

Brian Veseyin sözlərinə görə, dənizçilik sahəsində parçalanmanın dərinləşməsi beynəlxalq ticarətin əsasını təşkil edən qaydaların gələcəyi ilə bağlı ciddi suallar yaradır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR