"Hörmüzdən neft daşımaları bərpa olundu" - Tramp

"Hörmüzdən neft daşımaları bərpa olundu" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft daşımalarının İranla münaqişə başlamazdan əvvəlki səviyyəyə yaxınlaşdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı qrafikdə hazırda boğazdan gündəlik təxminən 18 milyon barrel neft keçdiyini bildirib.

Münaqişədən əvvəl bu göstərici 20 milyon barrel təşkil edirdi.

“Hörmüz boğazında neft həcmləri geri qayıdıb”, – deyə Tramp paylaşımında qeyd edib.

Bundan əvvəl CNN ABŞ rəsmilərinə istinadən yazıb ki, Amerika hərbçiləri Hörmüz boğazından 18 milyon barrel neft daşıyan 40 kommersiya gəmisini müşayiət edib. Bu, münaqişə başlayandan bəri boğazdan keçən neftin ən yüksək həcmi olub.

Qeyd edək ki, Hörmüz boğazından münaqişədən əvvəl gündəlik təxminən 20 milyon barrel neft və neft məhsulları daşınırdı.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR