Zukerberq İrlandiyada tarixi qala aldı - QİYMƏT

Zukerberq İrlandiyada tarixi qala aldı - QİYMƏT
Kateqoriya məlum deyil
T

"Meta" şirkətinin baş direktoru Mark Zukerberqin İrlandiyanın Voterford bölgəsində yerləşən tarixi 19-cu əsr qalası olan "Strankalli" qalasını satın aldığı bildirilir. Qalanın dəyərinin 20 ilə 30 milyon avro arasında olduğu təxmin edilir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "Meta" şirkətinin sözçüsü bildirib ki, Zukerberq və ailəsi tarixi mülkü qorumağa devam etməkdən və "Meta"nın beynəlxalq qərargahının yerləşdiyi İrlandiyada vaxt keçirməkdən məmnundurlar.

Zukerberq və həyat yoldaşı Prisilla Çan tərəfindən satın alınan qala təxminən 178,2 hektar ərazidə yerləşir. Təxminən 1830-cu ildə tikilən "Strankalli" qalası, İrlandiyanın cənub-şərqindəki Voterford bölgəsində, Blekvoter çayına baxan yerdə yerləşir. Qala əvvəllər genişmiqyaslı bərpa işlərindən keçmişdi.

Zukerberqin qalanı satın alması, həmçinin varlı xarici investorlar tərəfindən tarixi İrlandiya mülklərinin alınması ilə bağlı müzakirələri yenidən alovlandırdı.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR