ABŞ və Venesuela danışıq aparır: 90 milyard barellik neft planı

ABŞ və Venesuela danışıq aparır: 90 milyard barellik neft planı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın neft ehtiyatlarından mülkiyyət payı əldə etmək məqsədilə ölkənin müvəqqəti hökuməti ilə danışıqlar apardığı iddia edilir.

Sfera.az xəbər verir ki, ABŞ-nin “Axios” xəbər platformasına danışan amerikalı rəsmilər bildiriblər ki, sözügedən danışıqlar ABŞ Dövlət katibi Marko Rubio ilə Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes tərəfindən aparılır.

Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin də prosesə cəlb olunduğu qeyd edilib.

Amerikalı rəsmilər bildiriblər ki, Venesuelanın neft ehtiyatlarından mülkiyyət payı əldə edilməsi ilə bağlı aparılan danışıqlar ölkənin təxminən 300 milyard barel təşkil edən ümumi təsdiqlənmiş ehtiyatlarının hamısını deyil, 90 milyard barelə yaxın ehtiyata malik 10-dan çox aktiv neft yatağını əhatə edir.

Rəsmilərin sözlərinə görə, Vaşinqtonun Venesuelanın neft ehtiyatlarına çıxış əldə etməsi ABŞ-nin neft ehtiyatlarını iki dəfə artıra bilər. Onlar planlaşdırılan razılaşmanı “tarixi və son dərəcə əhatəli” adlandırıblar.

Məlumata görə, planlaşdırılan razılaşmaya əsasən, ABŞ sözügedən yataqlarda mülkiyyət payı əldə edəcək. ABŞ şirkətləri də daxil olmaqla özəl şirkətlər bu yataqları idarə edəcək və bununla Venesuela hökumətinə əlavə gəlir təmin olunacaq.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR