Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Müştərilərinin müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün çevik həllər təqdim edən AccessBank 50 000 AZN-dək nağd kredit imkanını təklif edir.
Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır, kredit müddəti 6 aydan 48 ayadək, komissiya isə 0–3% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 15%-dir. Kreditin yekun şərtləri seçilən məbləğə, müddətə və tətbiq olunan komissiyaya əsasən müəyyənləşdirilir.
Müştərilər AccessBank-ın kredit kalkulyatoru vasitəsilə seçdikləri məbləğ və müddət üzrə aylıq ödənişi hesablaya bilərlər. Onlayn müraciət vasitəsilə filiala gəlmədən kredit üçün müraciət etmək və uyğun təklif əldə etmək mümkündür. Beləliklə, müştərilər həm kredit şərtlərini əvvəlcədən hesablaya, həm də müraciəti onlayn şəkildə həyata keçirə bilərlər.
Nağd kreditlə yanaşı, müştərinin istəyinə əsasən OK kredit kartı da təqdim olunur. Kart gündəlik alış-veriş və ödənişlər üçün əlavə maliyyə imkanı yaradır.
AccessBank müştərilərinin rahatlığı üçün çevik seçimlər təqdim edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə www.accessbank.az müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.






