Azərbaycanda bank sektorunda süni intellektə doğru mühüm addım

Ölkəmizdə süni intellekt infrastrukturunu inkişaf etdirən ABB “Dell PowerEdge XE9780” platforması əsasında çalışan və “8x NVIDIA HGX B200 GPU” ilə təchiz olunmuş yüksək performanslı AI serverinin məlumat mərkəzində quraşdırılmasını uğurla başa çatdırıb.
Bu texniki imkan, xüsusilə həssas məlumatları ölkə xaricinə çıxarmadan böyük dil modelləri (LLM), AI agentləri, inferens və model təlimi də daxil olmaqla genişmiqyaslı süni intellekt layihələrini yerli infrastruktur üzərində icra etməyə şərait yaradır.
“NVIDIA Blackwell” arxitekturası əsasında qurulmuş “B200 GPU”-lar yüksək
performans və genişmiqyaslı yaddaş ötürmə qabiliyyətinə malikdir. Sistem “16x E3.s
NVMe” sürətli yaddaş, çoxnüvəli “Intel Xeon 6” prosessorlar və yüksəksürətli şəbəkə
infrastrukturu ilə tamamlanıb.
Bu serverlərdən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt
modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli
köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və
paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC)
işlərində istifadə olunur.
Qeyd edək ki, ABB hazırda 86-dan çox istifadəçi təcrübəsi üzrə 180-dan artıq
süni intellekt modeli tətbiq edir. Bu modellər ABB üçün 50 milyon AZN-dən çox
müsbət maliyyə təsiri yaradıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı
məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937
nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək
mümkündür.






