"Bitcoin" kəskin bahalaşdı

"Bitcoin" kəskin bahalaşdı
Kateqoriya məlum deyil
T

Bitcoin çərşənbə günü mart ayından bəri ən sürətli bahalaşmasını nümayiş etdirib.

Sfera.az xəbər verir ki, "CoinDesk"in məlumatına görə, Bitcoinin qiyməti 6,1% artaraq 68 517 dollara yüksəlib. Bu, kriptovalyutanın iyunun əvvəlindən bəri qeydə aldığı ən yüksək göstəricidir.

Bahalaşma ABŞ Prezidenti Donald Trampın kriptovalyuta sektorunun rəhbərləri ilə görüşəcəyi gözləntiləri fonunda baş verib. Məlumata görə, görüşdə Coinbase Global, Payward Inc. və Blockchain.com şirkətlərinin rəhbərlərinin iştirakı gözlənilir.

Tramp daha əvvəl kriptovalyuta sektoruna dəstək verəcəyini və bu sahə üçün əlverişli tənzimləyici mühit yaradılmasını hədəflədiyini bildirib. Bununla belə, rəqəmsal aktivlərlə bağlı genişmiqyaslı Clarity Act qanun layihəsinin ABŞ Konqresində müzakirəsi respublikaçılarla demokratlar arasındakı fikir ayrılıqları səbəbindən ləngiyib.

Bundan əvvəl isə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) müəyyən rəqəmsal aktiv buraxılışlarının qiymətli kağızların qeydiyyatı tələbindən azad edilməsini təklif edib. Komissiyanın fikrincə, bu yanaşma şirkətlərə fəaliyyətlərinin ilkin mərhələsində maliyyə cəlb etməyi asanlaşdıra bilər./metbuat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR