Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Hazırda əmlak bazarındakı vəziyyət və qiymətlər ev almaq istəyənləri fikrə salır. Mənzil almaq üçün indi düzgün vaxtdır, yoxsa gözləmək daha sərfəlidir?
Sfera.az bildirir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, mənzil əgər şəxsi istifadə üçündürsə, investisiya məqsədli deyilsə, istənilən anda bazarı təhlil edib müvafiq qərarları qəbul edib mənzil almaq olar:
“Daha uyğun olan dövr noyabr, fevral aylarıdır ki, həmin dövlərdə müəyyən mənada digər dövrlərə nisbətən bazarda aktivlik o qədər də olmur. Bir də təbii ki, yay aylarında, xüsusilə də avqusta qədər olan dövrü əsas qeyd etmək olar. Məsələn, bu ilin bazarında biz bunu görə bildik, kifayət qədər aktivlik olmadığı üçün bazarda bu və digər araşdırma nəticəsində ucuz mənzillər əldə etmək olar”.
V.Oruc vurğulayıb ki, tendensiya ümumi olaraq qiymət artımıdır və qiymət artımı il boyu devam edir:
“Gözləməyə gəlincə isə, gözləmək təbii ki, 2-4 ay, təqribən 3 ay müddətində bazarı araşdırıb, həmin araşdırmanın nəticəsinə uygun qərarlar qəbul etmək daha məqsədəuyğundur. Bir də təbii ki, müvafiq sahə ilə məşğul olan ya qiymətləndirici, ya rieltor, ya konsaltinq şirkətlərinə müraciət etmək daha əlverişlidir. Dünya praktikası bunu sübut edir ki, bir çox hallarda insanların özü bu istiqamətdə qərar qəbul edəndə peşəkarlıq olmadığı üçün səhv, yanlış qərarlar qəbul edir”.






