Dollar zəifləyir, qızıl bahalaşır

Dünya bazarında qızılın qiyməti ABŞ dollarının zəifləməsi fonunda artmağa başlayıb.
Sfera.az xəbər verir ki, “Comex” birjasında keçirilən hərracların məlumatına görə, dekabr fyuçersləri 0,4 faiz bahalaşaraq bir troya unsiyası üçün 4454 dollara çatıb.
Gümüşün qiyməti də 1 faiz artaraq unsiya üçün 65,76 dollara yüksəlib. Platin isə 0,7 faiz bahalaşaraq 1770 dollara çatıb.
Qeyd edək ki, ötən həftə dünya bazarında qızılın qiyməti rekord həddə yaxınlaşaraq bir troya unsiyası üçün 4415 dollara çatmışdı.
Türkiyə Mərkəzi Bankının keçmiş analitiki Onur Daşdəmirin sözlərinə görə, Yaxın Şərqdə yeni eskalasiya riskləri yalnız ABŞ və İranla məhdudlaşarsa, qızılın qiyməti yenidən enə bilər.
Ekspert bildirib ki, qızılın qiymətinə daxil edilmiş risk mükafatı gərginliyin azalması ilə qısa müddətdə aradan qalxa bilər.
İnci
Sfera.az






