Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən “Ai4 2026”da təqdim olunub

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan “Ai4 2026” konfransında beynəlxalq auditoriyaya təqdim edib.
ABŞ-nin Las-Veqas şəhərində baş tutan “Ai4 2026” konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib. 2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır. Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ
sənaye tədbiri kimi dəyərləndirilir.
Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər. Valeh Nəbiyev “Ai4 2026”da spiker qismində çıxış edərək Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib. O, “Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi” (Building the Enterprise AI
Operating System: Turning AI into an Organizational Capability) mövzusunda çıxışı zamanı
vurğulayıb ki, təşkilatlar üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin
yaradılması deyil, süni intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq
etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır. Valeh Nəbiyev
təqdimatında qeyd edib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün
ayrı-ayrı həllərin yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar
və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə
təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin
formalaşdırılması vacibdir.
Bir ekosisteminin nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif
ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar.
“Ai4 2026”nın proqramı biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, “Sİ
agentləri”, “Generativ Sİ”, “İdarəetmə və məsuliyyətli Sİ” kimi mövzuları da əhatə
edib.
Bir ekosisteminin “Ai4 2026”da iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq
nümunələrini yaxından izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına
dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından
əhəmiyyətlidir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə
davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal
ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq
tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10
rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan
ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur
imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji
tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal
ekosisteminin əsasını qoyur
Daha ətraflı: bir.az






