Xarici ticarətdə müsbət saldo 9,4 milyard dolları keçdi

Kateqoriya məlum deyil
T
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 374 milyon dollar və ya 1,3% çoxdur.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 3,442 milyard dollar və ya 26,7% artıb, idxal isə 3,181 milyard dollar və yaxud 27,6% azalıb.
Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 7,843 milyard dollar və ya 5,9 dəfə çoxdur.






