İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi

İsveçrədə Rusiyanın dondurulmuş aktivləri 10 milyardı keçdi
Kateqoriya məlum deyil
T

İsveçrədə Rusiyaya məxsus dondurulmuş aktivlərin həcmi 2026-cı ilin iyununa olan məlumata görə 8,5 milyard İsveçrə frankına (10,4 milyard dollar) yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Fabian Mayenfiş TASS-a bildirib.

Onun sözlərinə görə, 2026-cı il iyunun 1-nə İsveçrədə 8,5 milyard frank həcmində maliyyə aktivləri dondurulub. Ötən ilin eyni dövründə bu göstərici 7,4 milyard frank təşkil edib.

Maliyyə aktivləri ilə yanaşı, sanksiyalar çərçivəsində 14 daşınmaz əmlak obyekti, eləcə də sanksiya tətbiq olunan şəxslərə və təşkilatlara məxsus idman və lüks avtomobillər, incəsənət əsərləri, mebel və musiqi alətləri də dondurulub.

Bundan başqa, İsveçrədə Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri də dondurulmuş vəziyyətdədir. Onların həcmi iyun ayında 6,8 milyard frank (8,3 milyard dollar) olub. Bir il əvvəl bu rəqəm 7,2 milyard frank təşkil edib.

Mayenfiş İsveçrənin “Euroclear”dəki Rusiyaya məxsus dondurulmuş aktivlərin Avropa İttifaqının yeni depozitarına köçürülməsi təşəbbüsünün müzakirəsində iştirak edib-etməyəcəyi barədə suala cavab verməyib.

SECO nümayəndəsi bildirib ki, İsveçrə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri ilə bağlı beynəlxalq müzakirələri diqqətlə izləyir.

Onun sözlərinə görə, Bern üçün beynəlxalq səviyyədə razılaşdırılmış yanaşmaların qanunun aliliyi və beynəlxalq hüquq prinsiplərinə uyğun olması, həmçinin maliyyə sabitliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR