Bu dəmiryol xətti modernləşdiriləcək

Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.
Sfera.az ADB-yə istinadən xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.
Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.
ADB layihənin icrası üçün 325 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il yanvarın 26-30-da təhlil edilib, kreditin isə 2027-ci il iyunun 17-də təsdiqlənməsi gözlənilir.
Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.






