Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu

Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu
Kateqoriya məlum deyil
T

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.

Sfera.az bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.

Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış və azı 1 il sığorta stajı olan şəxsə pensiya kəsilir, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir./Medianews.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR