“Brent” neftinin qiyməti artdı

Kateqoriya məlum deyil
T
“Brent” markalı neftin qiyməti iyulun 31-dən bəri ilk dəfə bir barel üçün 88 dollar həddini keçib.
Sfera.az xəbər verir ki, Londonun ICE birjasındakı ticarət göstəricilərinə əsasən oktyabrda çatdırılmaq şərti ilə “Brent” markalı neftin fyuçers qiyməti 0,41 faiz artaraq bir barel üçün 88,08 dollara yüksəlib.
Daha sonra artım tempi zəifləyib və “Brent”in qiyməti 0,32 faiz bahalaşma ilə 88,01 dollar təşkil edib.
Eyni zamanda, sentyabrda çatdırılmaq şərti ilə WTI markalı neftin qiyməti 0,43 faiz artaraq bir barel üçün 82,48 dollara çatıb.






