MİDA istiqraz buraxır - 130 milyon manat dəyəri var

MİDA istiqraz buraxır - 130 milyon manat dəyəri var
Kateqoriya məlum deyil
T

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.

Sfera.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Məlumata görə, məqsəd tikinti layihələrini vaxtında icra etməkdir.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR