Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Kateqoriya məlum deyil
T

Ölkənin birinci bankı Kapital Bank tərəfindən fond bazarına təqdim edilən ümumi həcmi 5 0milyon manat olan istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında başa çatıb.  

Kapital Bank istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib. Belə ki, abunə yazılışında toplanan sifarişlərin həcmi buraxılış həcmindən 3 dəfəyə yaxın çox

olub.  

Abunə yazılışına ümumilikdə 330-dan çox investor tərəfindən 146 milyon manatdan

çox  sifariş verilib. Ümumilikdə, istiqrazların alınması üçün 314 fiziki şəxs tərəfindən 57 milyon

manatdan çox sifariş verilib ki, onların da 246 nəfəri Birbank Invest tətbiqi vasitəsilə tam

rəqəmsal şəkildə abunə yazılışında iştirak edib. 

Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital

Bank/Birbank filialları vasitəsilə həyata keçirilib. Birbank Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.

Qeyd edək ki, Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz

gəlirləri investorlara aylıq ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya

Şirkəti” QSC-dir. 

Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli

kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital

Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya

məhsulları təklif etməyi hədəfləyir. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial

şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın

məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,

196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə

bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə

bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR