Logo

“Apple” ən bahalı şirkət oldu

“Apple” ən bahalı şirkət oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Apple” korporasiyası bazar kapitallaşmasına görə qrafik prosessorlar istehsalçısı “Nvidia” şirkətini geridə qoyaraq dünyanın ən bahalı açıq səhmdar şirkəti olub.

Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

İyulun 17-də “Nvidia”nın səhmləri 3,7 faiz ucuzlaşıb və nəticədə şirkətin bazar kapitallaşması 4,8 trilyon dollara enib. Bununla yanaşı, “Apple”ın səhmləri 0,4 faiz bahalaşıb və şirkətin bazar kapitallaşması 4,9 trilyon dollara çatıb.

Nvidia 2025-ci ilin may ayından etibarən birja dəyərinə görə ən bahalı şirkətlər siyahısına liderlik edirdi. Ötən ilin oktyabrında isə şirkətin bazar kapitallaşması 5 trilyon dollara çatmışdı./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR