"Ziraat Bank Azərbaycan"a 30 milyon manat pul lazımdır

"Ziraat Bank Azərbaycan"a 30 milyon manat pul lazımdır
Kateqoriya məlum deyil
T

"Ziraat Bank Azərbaycan" ASC 30 milyon manatlıq istiqraz emissiyası elan edib.

Sfera.az xəbər verir ki, bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 100 manatdan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın birqiymətli təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi hələ müəyyən olunmayıb. Amma faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir./yurd.media

PAYLAŞ