İrana sanksiya: 130 milyon dollarlıq rəqəmsal aktiv donduruldu

İrana sanksiya: 130 milyon dollarlıq rəqəmsal aktiv donduruldu
Kateqoriya məlum deyil
T

ABŞ administrasiyası İrana qarşı iqtisadi sanksiyaları rəqəmsal maliyyə sahəsində də genişləndirib.

Sfera.az xəbər verir ki, ABŞ Maliyə Nazirliyinin yaydığı məlumata əsasən, İran Mərkəzi Bankı ilə əlaqəli olduğu müəyyən edilən çoxsaylı rəqəmsal aktivlər Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiya siyahısına əlavə olunub.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində ümumi dəyəri 130 milyon ABŞ dollarını ötən rəqəmsal aktivlər dondurulub.

ABŞ Maliyyə naziri Skott Bessent qərarı şərh edərək bildirib ki, Vaşinqton İranın, o cümlədən rəqəmsal aktivlər vasitəsilə həyata keçirdiyi qanunsuz maliyyə fəaliyyətlərinin qarşısını almaq üçün tədbirləri qətiyyətlə davam etdirəcək.

Onun sözlərinə görə, OFAC-ın sanksiya siyahısına daxil edilən rəqəmsal cüzdanlar vasitəsilə 130 milyon dollardan artıq vəsaitə çıxış məhdudlaşdırılıb.

Bessent vurğulayıb ki, ABŞ administrasiyası İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi maliyyə şəbəkələrini hədəf almaqda davam edəcək. O əlavə edib ki, İran rəhbərliyinin qanunsuz gəlir mənbələrindən əldə etdiyi vəsaitlərin hərəkəti yaxından izləniləcək və bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndiriləcək.

Beləliklə, Vaşinqton İrana qarşı sanksiya mexanizmini rəqəmsal maliyyə sektoruna da şamil edərək, kriptovalyutalar vasitəsilə həyata keçirildiyi iddia olunan maliyyə əməliyyatlarına qarşı təzyiqi artıracağını nümayiş etdirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ