Əhalinin bu xərcləri sürətlə artır - DİNAMİKA

Əhalinin bu xərcləri sürətlə artır - DİNAMİKA
Kateqoriya məlum deyil
T

Azərbaycan əhalisinin son illərdə ödənişli xidmətlərə xərclədiyi pulun məbləğində sürətlə artım müşahidə edilir.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 5 ildə (2021-2025) bəzi xidmətlər üzrə xərclər 2 dəfə və daha çox artıb.

Rəsmi məlumatlar göstərir ki, son 5 ildə xərclərdə ən böyük artım sürəti təhsil, səhiyyə, turizm, nəqliyyat xidmətlərində baş verib.

İl ərzində adambaşına düşən təhsil xərcləri beş il əvvəl 48 manat olduğu halda ötən il 129 manata çatıb. Adambaşına təhsil xərcləri 2,7 dəfə yüksəlib.

Səhiyyə xərcləri beş il ərzində 62 manatdan 140 manata çatıb. Bu xərclərdə 2,26 dəfə artım qeydə alınıb.

Turizm xərcləri 12 manatdan 46 manata (3,83 dəfə artım), məişət xidmətlərinə çəkilən xərc 82 manatdan 164 manata (2 dəfə), nəqliyyat xərcləri 108 manatdan 254 manata (2,35 dəfə), mənzil təsərrüfatı xidməti xərcləri 12 manatdan 34 manata (2,83 dəfə) çatıb.

Ümumilikdə əhali bir ildə adambaşına pullu xidmətlərə 1460 manat xərcləyib. Beş il əvvəl bu xərclər 774 manat idi.

2025-ci ildə xidmətlər üzrə adambaşına ən çox pul rabitə (288 manat), kommunal (285 manat), nəqliyyat (254 manat), məişət (164 manat), səhiyyə (140 manat), təhsil (129 manat) xidmətlərinə ayrılıb. Adıçəkilən xidmətlərə ayrılan pul cəmi xidmətlərə xərclənən pulun 86 faizini təşkil edib.

Vasif

Sfera.az

PAYLAŞ