“Samsung Galaxy A27 5G” satışa çıxdı: Texniki xüsusiyyətləri

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", güclü prosessoru və 6 illik yenilənmə vədi ilə diqqət çəkən yeni orta seqment smartfonu "Galaxy A27 5G" modelini qlobal bazara təklif edib.
Sfera.az xəbər verir ki, Çexiyadakı ilk nümayişin ardından brend "Galaxy A26 5G" modelinin xələfini dünya miqyasında səhnəyə çıxarıb.
Yeni model həm büdcəyə uyğun qiyməti, həm də iddialı texniki özəllikləri ilə qlobal bazarda böyük maraq doğurub.
İstifadəçilərə təqdim olunan cihazın əsas üstünlükləri və texniki göstəriciləri digərlərindən seçilir. "Android 16" əməliyyat sistemi ilə qutudan çıxan bu model üçün şirkət tam 6 il boyu proqram təminatı və təhlükəsizlik yeniləməsi vəd edib. Gücünü "Qualcomm Snapdragon 6 Gen 3" prosessorundan alan smartfon 8 GB-a qədər RAM və 256 GB daxili yaddaşla təchiz olunub. Ön paneldə "Corning Gorilla Glass Victus+" şüşəsi ilə qorunan, 120Hz yenilənmə tezliyinə malik 6.7 düymlük "Super AMOLED" ekran yer alır. Optik təsvir sabitləşdiricisi (OIS) dəstəkli 50 meqapiksellik əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı və 2 meqapiksellik makro sensorla tamamlanıb. Toza və suya qarşı IP64 sertifikatına malik telefona 25W sürətli şarj dəstəyi olan 5000 mAh tutumlu batareya enerji verir.
Bəsti Rəfizadə
