Azərbaycanda benzin istehsalı artıb

Azərbaycanda benzin istehsalı artıb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-may aylarında Azərbaycanda 591,4 min ton avtomobil benzini istehsal edilib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, 2025-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 7,9 % çoxdur.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 457,1 milyon manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,1 % azdır.

Ötən 5 ay ərzində Azərbaycanda 31 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 5 ayı ilə müqayisədə 45,2 % azdır.

Ötən aylar ərzində Azərbaycanda 937,9 min ton həcmində dizel yanacağı istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-may ayları ilə müqayisədə eyni qalıb.

Hesabat dövründə 17,4 min ton sürtkü yağları, 51,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 16 % çox, neft bitumunun istehsalı isə 41,4 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 79,4 min ton maye qazlar, 217 min ton ağ neft, 97,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 14,9 % artıb, ağ neftin istehsalı 18,7 %, maye qazların istehsalı isə 14,3 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.


PAYLAŞ