Azərbaycan nefti 4 dollar ucuzlaşdı

Azərbaycan nefti 4 dollar ucuzlaşdı
Kateqoriya məlum deyil
T

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,49 % azalaraq 82,29 ABŞ dolları təşkil edib.

 

Sfera.az xəbər verir ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 81,16 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,58 ABŞ dolları və ya 5,52 % azalaraq 78,35 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

PAYLAŞ