Logo

Əbu-Dabidən uçuşlar dayandırıldı – FOTO

Əbu-Dabidən uçuşlar dayandırıldı – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Etihad Airways” aviaşirkəti Əbu-Dabiyə və Əbu-Dabidən bütün uçuşların 3 mart saat 10:00-dək (GMT vaxtı ilə) dayandırıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumata əsasən, uçuşların dayandırılmasına səbəb, regionda baş verən münaqişə fonunda təhlükəsizliyin təmin olunması ilə əlaqədərdir.

Məlumata əsasən, 7 mart tarixinədək olan bütün “Etihad Airways” reysləri üzrə sərnişinlər etihad.com/en/help/refund vasitəsilə və ya səyahət agentləri ilə əlaqə saxlayaraq tam geri ödəniş tələb edə bilərlər. Həmçinin, 28 fevral 2026-cı il və ya ondan əvvəl alınmış, ilkin uçuş tarixi 7 mart 2026-cı ilədək olan “Etihad Airways” biletləri üzrə sərnişinlər “Etihad” tərəfindən icra olunan reyslərə 18 mart 2026-cı ilədək heç bir əlavə ödəniş etmədən yenidən bron edə bilərlər.

Bəsti Rəfizadə
Sfera.az

Əbu-Dabidən uçuşlar dayandırıldı – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR