“Qatar Airways” uçuşları dayandırdı

"Qatar Airways" uçuşları dayandırdı
Kateqoriya məlum deyil
T

Qətər ölkənin hava məkanının bağlanması səbəbindən bütün uçuşlarını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.


Sfera.az xəbər verir ki, aviaşirkətin yaydığı məlumata görə, qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edilib.

 

Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq reyslər həyata keçirilmir və sərnişinlərə əlavə məlumatın veriləcəyi qeyd olunub.


Qətər hakimiyyəti hava məkanının təhlükəsiz şəkildə yenidən açıldığını elan etdikdən sonra uçuş əməliyyatlarının mərhələli şəkildə bərpa olunacağı bildirilib.


Şirkət sərnişinlərə uçuş statusunu rəsmi kanallar vasitəsilə yoxlamağı və yenilənmiş məlumatları izləməyi tövsiyə edib.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ