Qatıqla zirvəyə yüksəldi - Türkiyənin ən zənginləri və onların biznesləri

Türkiyənin ən zəngin iş insanlarının yeni siyahısı açıqlanıb.
Sfera.az xəbər verir ki, siyahıya 13,5 milyard dollarlıq sərvəti ilə Hamdi Ulukaya başçılıq edir.
Ərzincan əsilli iş adamı ABŞ-də qurduğu "Chobani" şirkəti ilə tanınıb. Şirkət əsasən yunan tipli (Greek-style) qatıq, süd məhsulları və bitki əsaslı qida məhsullarının istehsalı və satışı ilə məşğuldur. 2005-ci ildə fəaliyyətini dayandırmış süd zavodunu alaraq biznesə başlayan Ulukaya qısa müddətdə brendi ABŞ bazarının liderlərindən birinə çevirib.
Siyahıda yer alan digər milyarderlər və onların fəaliyyət sahələri isə belədir:
• Murat Ülker - Qida sənayesi sahəsində fəaliyyət göstərir. “Yıldız Holdinq” vasitəsilə şirniyyat, şokolad və qənnadı məhsulları istehsal edir.
• Şaban Cemil Kazancı - Enerji sektorunda fəaliyyət göstərir, elektrik enerjisi istehsalı və ixracı ilə məşğuldur.
• Erman Ilıcak - Tikinti sektorunun aparıcı simalarındandır, iri infrastruktur və beynəlxalq layihələr həyata keçirir.
• Feridun Geçgel - İnşaat və sənaye sahəsində fəaliyyət göstərir.
• Semahat Sevim Arsel - Türkiyənin ən böyük sənaye qruplarından biri olan Koç ailəsinin üzvüdür, müxtəlif sənaye və maliyyə layihələrində pay sahibidir.
• Ferit Faik Şahenk - Maliyyə, turizm və avtomobil sektorlarında fəaliyyət göstərən Doğuş Qrupunun rəhbəridir.
• Filiz Şahenk - Turizm və xidmət sektorunda investisiyalarla tanınır.
• Selçuk Bayraktar - Müdafiə sənayesində pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğuldur.
• Mustafa Rahmi Koç - Türkiyənin ən böyük sənaye və investisiya qruplarından biri olan Koç Holdinqin fəxri sədridir.
Beləliklə, siyahı qida, enerji, tikinti, maliyyə, turizm və müdafiə sənayesi kimi fərqli sahələrdə fəaliyyət göstərən iş adamlarını bir araya gətirir.
Firuzə Əliyeva
Sfera.az
