Ermənistana 2-3 milyon dollarlıq ixrac: Büdcəyə necə təsir edəcək?

Ermənistana 2-3 milyon dollarlıq ixrac: Büdcəyə necə təsir edəcək?
Kateqoriya məlum deyil
T

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur. Qeyd edilən həcmdə dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.

 

Ermənistana 4500 ton dizel tədarükü Azərbaycanın enerji siyasətində hansı yeni mərhələnin başlanğıcı hesab oluna bilər? Bu tədarük daxili bazara təsir göstərə bilərmi, yoxsa yalnız ixrac gəlirlərinin artımına xidmət edəcək?

 

Mövcud mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağının tədarükü ölkənin enerji siyasətində regional ixrac imkanlarının genişləndirilməsi və qonşu ölkələrlə enerji əlaqələrinin gücləndirilməsi istiqamətində yeni mərhələ kimi qiymətləndirilə bilər:

 

 

“Bu həm Azərbaycanın enerji resurslarından strateji istifadəsini, həm də regional bazarlarda mövqeyinin möhkəmlənməsini göstərir. Tədarükün daxili bazaya təsiri çox böyük gözlənilmir, çünki həcm daxili istehsal və tələbatla müqayisədə nisbətən kiçikdir. Əsas fayda ixrac gəlirlərinin artımı və enerji sektorunun gələcəkdə daha geniş regional bazarlara çıxış imkanlarının yaradılması olacaq. Eyni zamanda, belə tədarüklər Azərbaycan üçün enerji diplomatiyasında əlavə üstünlük yarada bilər”.

 

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında ticarət dövriyyəsi o qədər azdır ki, bunun Azərbaycan büdcəsinə heç bir təsiri yoxdur:

 

 

“Söhbət 2,5-3 milyon dollardan gedirsə bunun ölkə büdcəsinə təsiri yoxdur. Lakin bu proses ölkələr aarsında diplomatik münasibətlərin tənzimlənməsinə eləcə də gələcəkdə baş tutacaq sülh prosesinə töhfə verir”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ