“Starlink”in istifadəçi sayı 10 milyonu keçdi

"Starlink"in istifadəçi sayı 10 milyonu keçdi
Kateqoriya məlum deyil
T

ABŞ-nin “SpaceX” şirkətinə məxsus peyk internet xidməti “Starlink” qlobal miqyasda 10 milyon aktiv istifadəçiyə çatdığını açıqlayıb. 


Sfera.az xəbər verir ki, şirkətin məlumatına görə, xidmət hazırda 160 ölkə və bazarda fəaliyyət göstərir.


“Starlink” sosial şəbəkədə yaydığı açıqlamada əldə olunan nəticəni “mühüm mərhələ” kimi qiymətləndirib və istifadəçilərə təşəkkür edib. Şirkət cəmi iki aya yaxın müddətdə təxminən 1 milyon yeni abunəçi qazanıb. Hesablamalara əsasən, xidmət gündə orta hesabla 19 mindən çox yeni istifadəçi əldə edir.


2025-ci il ərzində istifadəçi bazasını iki dəfə artıran və 35 yeni bazara daxil olan “Starlink” hazırda qlobal peyk internet trafikinə təxminən 97 faiz payla lider mövqedədir. Gözləmə siyahılarının ləğvindən sonra Braziliya 1 milyon abunəçini keçərək ikinci ən böyük bazara çevrilib.


Şirkət artan tələbatı qarşılamaq üçün şəbəkə imkanlarını genişləndirməyi planlaşdırır. Bu məqsədlə ilin sonuna qədər yeni nəsil “Starlink V3” peyklərinin orbitə buraxılması gözlənilir. Daha böyük ölçüyə malik peyklər sayəsində istifadəçilərə real gigabit səviyyəli internet sürətlərinin təqdim olunması hədəflənib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ