Güclü batareyalı telefon hazırlanır - Uzun müddət istifadə mümkün olacaq

Güclü batareyalı telefon hazırlanır - Uzun müddət istifadə mümkün olacaq
Kateqoriya məlum deyil
T

“Honor”un yeni smartfonu “X80”, 10.000 mAh tutumlu super batareyası ilə gündəmə gəlib. 

 

Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumatlara əsasən, sertifikatlaşdırma prosesi “Honor X80”in texniki xüsusiyyətlərini də ortaya çıxarıb.

 

Bildirilib ki, yeni model əvvəlki nəsillərlə müqayisədə daha uzun istifadə müddəti təklif edəcək.

 

Xatırladaq ki, “Honor X70” modeli 8300 mAh batareyaya malik idi. Yeni “X80” isə 10.000 mAh-lıq “Li-ion Polimer” batareya ilə enerji baxımından şirkətin ən iddialı telefonlarından biri olacaq.


Mütəxəssislər cihazın yalnız batareya tutumu ilə deyil, həm də enerji səmərəliliyi, dinamik enerji idarəetməsi və ekoloji baxımdan daha davamlı dizaynı ilə seçiləcəyini bildiriblər. “Honor X80”in sürət cəhətdən də əvvəlki modelləri geridə qoyacağı, xüsusilə oyun təcrübəsini yaxşılaşdıracağı gözlənilir.


Cihazın 5G dəstəyi ilə gələcəyi artıq rəsmi təsdiqini tapıb. Sertifikatlaşdırma qeydiyyatının tamamlanması “Honor X80”in yaxın zamanda təqdim ediləcəyinə işarə edir.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ