Logo

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Azərçay"la bağlı iddialara "Azersun"dan cavab: "Dəyişiklik yoxdur"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur".

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq “Azersun Holding”dən məlumat verilib.

Məlumatda bildirilib ki, qablaşdırma üzərinə hər hansı şüar əlavə edilməyib.

“Sosial media hesablarında yayılan video həqiqəti əks etdirmir”, - deyə cavanda qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Rusiya mağazalarında satılan "Azərçay" məhsulunun qablaşdırmalarında yeni sloqanların peyda olunmasına dair məlumat yayılıb.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR