Logo

Neft-qaz sektorunun iqtisadiyyatda payı azalıb - Müqayisə

Neft-qaz sektorunun iqtisadiyyatda payı azalıb - Müqayisə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın neft-qaz sektorunun nominal dəyərinin ümumi daxili məhsul (ÜDM) istehsalında payı 2025-ci ildə bir qədər də azalıb.

Sfera.az dövlət statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübündə ÜDM istehsalının 35 faizi neft-qaz sektorunda istehsal edilmişdi.

Həmin dövrdə 28,941 milyard manatlıq ÜDM-nin 10,19 milyard manatı neft-qaz sektorunun, 18,75 milyard manatı qeyri neft-qaz sektorunda yaradılmışdı.

2025-ci ilin birinci rübündə ÜDM istehsalı 29,9 milyard manata çatıb. Burada neft-qaz sektorunun payı 32 faizə geriləyib. Neft-qaz sektorunda 9,79 milyard manat dəyərində, qeyri neft-qaz sektorunda isə 20,1 milyard manat dəyərində istehsal olub.

Neft-qaz sektorunun ÜDM-də payının azalmasının bir neçə səbəbi var. Birinci əsas səbəb neft hasilatının azalmasıdır. Bununla bərabər neft və qaz qiymətlərinin enməsi də neft-qaz sektorunun dəyərini kiçildir.

Lakin bunlarla yanaşı qeyri neft-qaz sektorunda istehsalın həcmi də böyüyür ki, buna görə də ÜDM istehsalında neft-qaz sektorunun payı azalır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR